NBA-nın ulduz oyunçusu Stefen Karri "Qolden Steyt Uorriors"un rəqibi olan "Klipers" klubuna tətbiq olunan cəzanı haqlı hesab edib.
Offsideplus.az xəbər verir ki, Karri bu barədə fikirlərini bölüşərkən bildirib: "Mən təəccüblənmədim. Düşünürəm, araşdırmanın bu qədər uzun çəkməsi də səbəbsiz deyildi. Mən Stiv Balmeri yaxşı insan kimi tanıyıram və onun bu sanksiyaları qəbul etməsi göstərir ki, ortada ciddi səbəblər var idi və hər şey məhz belə olmalı idi. Adam Silver öz işini görməli idi və hesab edirəm ki, bu cəza təsadüfi verilməyib. İndi isə hamımız yolumuza davam edirik".


