Misli Premyer Liqasında VI tura bu gün start verilir.

Offsideplus.az xəbər verir ki, açılış oyunu Qəbələdə baş tutacaq.

Yerli komanda "Neftçi"ni qəbul edəcək. Görüş saat 17:30-da başlayacaq.

Qeyd edək ki, "Qəbələ"nin yeni baş məşqçisi Yeton Bekiri bu oyundan sonra komanda ilə işinə başlayacaq.

MPL, VI tur

18 sentyabr (cümə)

17:30 “Qəbələ” – “Neftçi”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Namiq Bəkirov

VAR: Tural Qurbanov

AVAR: Asiman Əzizli

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Erkin Hüseynov

Qəbələ şəhər stadionu