Son üç ildə NBA-də ən çox üçqat dubl edən oyunçuların siyahısı sosial şəbəkələrdə geniş maraq doğurub. Siyahıya Nikola Yokiç (93), Domantas Sabonis (36), Luka Donçiç (34), Coş Giddi (23), Yannis Antetokunmpo (21), LeBron Ceyms (18) və "Nyu-York Niks"in forvardı Coş Hart (17) daxildir.
Offsideplus.az xəbər verir ki, Coş Hart bu siyahıda yeddinci yeri tutmasına sosial şəbəkədə zarafatla münasibət bildirib: "Düzünü desəm, bu mənim üçün sadəcə gülməlidir". Qeyd edək ki, Hart karyerası ərzində bütün 17 üçqat dublunu məhz "Nyu-York Niks"də çıxış edərkən əldə edib.


