İspaniya millisinin baş məşqçisi Luis de la Fuente Millətlər Liqasında İngiltərə, Xorvatiya və Çexiya ilə keçiriləcək qarşılaşmalar üçün heyəti müəyyənləşdirib.
Offsideplus.az xəbər verir ki, İspaniya yığmasının heyətində Lamine Yamal, Rodri, Pedri, Nico Uilyams, Ferran Torres, Mark Kukurelya, Din Heysen və Fabian Ruiz də yer alıb. Komandanın oyunları 26 sentyabrda İngiltərə, 29 sentyabr və 6 oktyabrda Xorvatiya, 3 oktyabrda isə Çexiya ilə olacaq.


