Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəf Pakistan Futbol Federasiyasının (PFF) rəhbəri Sayed Mohsen Gilani ilə bir araya gəlib.
Offsideplus.az xəbər verir ki, görüşdə iki ölkə arasında futbol əlaqələrinin gücləndirilməsi və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Tərəflər uşaq futbolunun inkişafı, milli komandalar səviyyəsində təcrübə mübadiləsi, hakim kadrlarının hazırlanması və birgə təlim-məşq toplanışlarının təşkili imkanlarını nəzərdən keçiriblər.
Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katibi Cahangir Fərəcullayev də iştirak ediblər.


