Sərbəst güləş üzrə Azərbaycan milli komandası sentyabrın 20-də Göygöl Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına start verəcək.

Offsideplus.az xəbər verir ki, oktyabrın 3-dək davam edəcək hazırlıq prosesində əsas diqqət taktiki və texniki çalışmaların təkmilləşdirilməsinə yönələcək.

Baş məşqçi Xetaq Qazyumov, böyük məşqçi Cəbrayıl Həsənov, eləcə də məşqçilər Taymuraz Kokoyev, Şərif Şərifov və Arif Abdullayevin rəhbərliyi altında təlim-məşq toplanışına 17 güləşçi cəlb olunub:

  • 57 kq: İslam Bazarqanov, Hüseyn Hüseynov

  • 61 kq: Nürəddin Novruzov

  • 65 kq: Rəşid Babazadə, Əli Rəhimzadə

  • 70 kq: Kənan Heybətov, Zirəddin Bayramov

  • 74 kq: Turan Bayramov, Musa Verdiyev

  • 79 kq: Cəbrayıl Hacıyev

  • 86 kq: Arseniy Djioyev

  • 92 kq: Ali Tsokayev, Abubakr Abakarov

  • 97 kq: Maqomedxan Maqomedov, Osman Nurmaqomedov

  • 125 kq: Giorgi Meşvildişvili, Yusif Dursunov

Qeyd edək ki, bu toplanış oktyabrın 24-dən noyabrın 1-dək Qazaxıstanın paytaxtı Astanada keçiriləcək böyüklər arasında dünya çempionatına hazırlıq xarakteri daşıyır.