Azərbaycan güləş hakimliyi növbəti uğura imza atıb. 

Offsideplus.az xəbər verir ki, Bolqarıstanın Samokov şəhərində keçirilən U-15 Avropa çempionatında ədaləti qoruyan iki azərbaycanlı ədalət təmsilçisi imtahanları uğurla başa vuraraq kateqoriyalarını artırıblar.

Buna qədər milli kateqoriyada daxili yarışları idarə edən Nihad Muradov (Naxçıvan MR) III dərəcəli beynəlxalq hakim statusuna yiyələnib. Digər təmsilçimiz Şamil Fəttayev (Lənkəran) isə III dərəcədən II dərəcəyə yüksəlib.

Bu uğurdan sonra Azərbaycanın beynəlxalq dərəcəli güləş hakimlərinin sayı 24-ə çatıb.