UFC-nin keçmiş çempionu Xamzat Çimayev hazırkı zədələri və döyüşə hazırlığı barədə danışıb. O bildirib ki, zədələrini tam sağaltmaq daha yaxşı olardı, lakin hazırda qəfəsə çıxmaq istəyir.

Offsideplus.az xəbər verir ki, Çimayev tezliklə döyüşmək arzusundadır: "Zədələri sağaltmaq üçün sparrinqlardan bir-iki ay imtina etməli olacağam. Bunlar ciddi zədələr deyil, əsasən əllərimdə problemlər var. Güclü zərbələr endirdiyim üçün əllərimdə tez-tez narahatlıq yaranır. Dizimdə də kiçik bir problem var, amma bu, çox vaxt aparmayacaq". Xatırladaq ki, Xamzat Çimayev sonuncu dəfə 2026-cı ilin mayında UFC 328 turnirində Şon Striklendə hakimlərin bölünmüş qərarı ilə uduzub. Çimayev əlavə edib: "Məndə qalxanabənzər vəzinin yarısı yoxdur, 7 dəfə narkoz almışam və 6 əməliyyat keçirmişəm. Amma yaşamaq lazımdır".