Misli Premyer Liqasında 6-vı tura bu gün start verilir.
Günün ikinci qarşılaşmasında "Qarabağ" "Şəfa"nı sınağa çəkəcək.
Bəs Ağdam təmsilçisinin heyətində zədəli və ya cəzalı futbolçu var?
Klubun mətbuat xidmətindən Offsideplus.az-a verilən məlumata görə, son oyundan bu yana komandada yeni zədəli futbolçu qeydə alınmayıb.
Cəzası bitən Kadi Borgesin də adı bu qarşılaşmanın iştirak ərizəsində yer alacaq.
Qeyd edək ki, zədəsi davam edən Elvin Cəfərquliyev və Zakaria Savonun bərpa prosesi davam edir


