Misli Premyer Liqasının 6-cı turunda “İmişli” “Sabah”a məğlub oldu - 3:1.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Fərid Namazov jurnalistlərin önünə çıxıb:
“Sabah”ı təbrik edirəm. Onlara ÇL-də uğurlar arzu edirəm, dəstəkləyirik. “Sabah” çempionatda ən sürətli oynayan komandadır. Düzgün müdafiə olunmağa çalışdıq. İlk hissədə 3 yarımçıq hücumumuz oldu. İlk iki qolu uzaqdan buraxdıq. İkinci yarıya fərqli başladıq. Rəqib kim olur olsun, oyun planını otuzdurmaqdır. Milli fasilə bizim üçün xeyirli olacaq.
– Praqmatik futboldan uzaq oyun planı sərgiləyirsiz. Rəhbərliyin səbri çatacaq?
– Struktur yoxdursa, iş olmayacaq, nətiı olmayacaq. 10-ch turdan sonra nələrsə förünəcək. Keyfiyyət çatmaya bilər. Rəhbərlik də qələbə istəyər. Təsadüfi işlə uğur olmaz. Bu oyunda da 2-ci hissə gələcəyə ümid verir.
– Qapıçı ilə bağlı nə düşünürsüz?
– Yusifin ehtiyatda olmaq səbəbi performansı deyil. Hər ikisi rotasiya ediləcək. Qapıçını mən önə göndərmişdim. Son qolda probıem başqa futbolçudan başladı. Sadiqdə günah görmürəm. “Sabah” ÇL-də oynayır, bu təzyiqi gözləyirdik.
– Əvvəlcə, getməməyini istəmişdiz.
– Dəqiqəni bilmirdim. Onu soruşurdum. Sonra gördüm ki, risk etməyə dəyər.


