Argentina millisinin baş məşqçisi Lionel Skaloni komandasının son dünya çempionatındakı çıxışı barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Argentina finalda İspaniyaya minimal hesabla uduzub. Skaloni bildirib ki, əvvəlki dünya çempionatına daha yaxşı hazırlaşmışdılar və heyətin 95 faizi normal vəziyyətdə idi. Bu dəfə isə komandada tam hazır olan oyunçu yox idi və çətin qərarlar qəbul etmək məcburiyyətində qalıblar. O qeyd edib ki, qərarları oyunçulara olan etimada əsaslanaraq veriblər və səkkiz il ərzində komandaya sədaqət göstərən futbolçulara güvəniblər.
Skaloni əlavə edib ki, gələcək turnirlərdə gənc futbolçulara daha çox şans verməyə çalışacaqlar, çünki onlar buna layiqdirlər. Onun sözlərinə görə, Misir və İngiltərə ilə oyunlar əksər oyunçular üçün əla keçib və hər kəs bu qarşılaşmalardan zövq alıb. "Heç vaxt ruhdan düşmədik – bu, buraxdığımız ən yaxşı mesajdır. Bu formanı hər kəs daşıya bilməz. Bütün oyunçular böyük futbolçulardır və bir-birini gücləndirirlər. Kiminsə mövsümü uğurlu alınmasa da, dünya çempionatında əla çıxış edə bilib. Komandada müsbət enerji var və bu, böyük üstünlükdür", – deyə Skaloni vurğulayıb.


