Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Offsideplus.az xəbər verir ki, dövlət başçısının sərəncamına əsasən, İsgəndər Cavad oğlu Cavadov Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə bu mükafata layiq görülüb.

Qeyd edək ki, "Neftçi"nin və SSRİ yığmasının keçmiş hücumçusunun sentyabrın 20-də 70 yaşı tamam olacaq.