Braziliyalı ulduz Neymar Maykl Oliseyə imzası olan futbolka göndərib.
Offsideplus.az xəbər verir ki, "Bavariya"nın yarımmüdafiəçisi bu hədiyyəni Bundesliqanın 4-cü turunda "Bavariya" ilə "Union" arasında keçirilən oyundan sonra Caze TV kanalının əməkdaşı vasitəsilə alıb. Jurnalist bildirib ki, Neymar Olisenin kumiridir və braziliyalı hücumçu qarşılığında fransalı futbolçunun imzalı formasını almaq istədiyini qeyd edib.
Neymar hədiyyə etdiyi formanın üzərinə "Oliseyə, ən xoş arzularla, qardaş" sözlərini yazıb. Maykl Olise belə bir hədiyyə aldığı üçün xoşbəxt olduğunu deyib və "Bavariya"nın formasını imzalayaraq braziliyalı futbolçuya göndərib.


