Braziliyalı orta çəki döyüşçüsü Paulo Kosta UFC rəhbərliyinin ona üç raundlu döyüş təşkil etməkdən imtina etdiyini açıqlayıb. Kosta bildirib ki, təşkilat yalnız beş raundlu qarşılaşma təklif edir və heç bir idmançı bu il onunla döyüşməyə razı deyil.
Offsideplus.az xəbər verir ki, Paulo Kosta bu barədə belə deyib: "Bu, dəli bir vəziyyətdir. Hanter mənə üç raundlu döyüş vermək istəmir və yalnız beş raundlu qarşılaşmada israr edir. Həmçinin bildirdi ki, heç kim bu ilin sonuna qədər mənimlə döyüşməyə razı olmayacaq. Siz bu absurda inanırsınız? Mən üç raundlu döyüş üçün aldığım məbləğə beş raundlu döyüşə çıxmaq fikrində deyiləm, bu, ağılsızlıq olardı".
Qeyd edək ki, Paulo Kosta sonuncu dəfə 2026-cı ilin aprelində oktaqona çıxıb və Azamat Murzakanovu üçüncü raundda nokautla məğlub edib. Kosta əlavə edib ki, UFC-dən azad olunmasını istəsə də, təşkilat ona daha bir döyüş keçirməli olduğunu bildirib.


