Movsar Evloev UFC-nin Los-Ancelesdə keçirilən mətbuat konfransında azarkeşlərin fitə basmasına sərt reaksiya göstərib. O, Aleks Volkanovski ilə döyüşə hazır olduğunu bildirib və rəqibini məğlub edəcəyini vurğulayıb.

Offsideplus.az xəbər verir ki, Evloev çıxışında belə deyib: "Susun, axmaq adamlar. Volkanovski əfsanədir. Mən bu döyüşü bütün həyatım boyu gözləmişəm, tam hazıram. Bu idmançını məğlub edib kəməri götürəcəyəm". Qeyd edək ki, Evloev və Volkanovski arasında yarımyüngül çəki dərəcəsində titul qarşılaşması 24 oktyabrda UFC 333 turnirində, Əbu-Dabidə baş tutacaq. Evloev əlavə edib: "Mən UFC-də qan itirib azarkeşləri sevindirmək üçün yox, çempion olmaq üçün buradayam".