UFC-nin keçmiş çempionu Belal Məhəmməd Kolbi Kovinqtonla qarşıdakı döyüş barədə fikirlərini bölüşüb. O, rəqibinin universitet illərində güləşlə məşğul olduğunu xatırladıb və əlavə edib ki, Kovinqton özünü bu idman növünün sahibi hesab edir.

Offsideplus.az xəbər verir ki, Məhəmməd açıqlamasında bunları deyib: "O, UFC-dən ayrıldı, çünki üzünə zərbə almaqdan və güclü döyüşçülərlə qarşılaşmaqdan qorxurdu. İndi isə buraya gəlib, özünü RAF-ın yeni siması kimi göstərmək istəyir. Mən onu məğlub etdikdən sonra Kovinqtonun başqa çıxış yolu qalmayacaq. O, ancaq softbol və ya piklbol oynaya biləcək".

Belal Məhəmməd və Kolbi Kovinqtonun döyüşü 19 sentyabrda Mayamidə keçiriləcək RAF 13 turnirində baş tutacaq.