Bakıda ilk dəfə təşkil olunacaq FIFA U-15 dünya çempionatı və festivalında qruplar müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, 191 komandanın 32 qrupda mübarizə aparacağı turnirdə Azərbaycan millisi AF qrupunda yer alıb. Yığmamız Andorra, Avstraliya, Haiti, İsrail və Şərqi Timorla üz-üzə gələcək.
2011–2012-ci il təvəllüdlü futbolçuların iştirak edəcəyi yarış 24–30 oktyabr tarixlərində baş tutacaq. Matçlar 8x8 formatında, 20 dəqiqəlik iki hissədən ibarət olacaq.
Ümumilikdə 943 qarşılaşmanın planlaşdırıldığı turnirin oyunları Hövsan Olimpiya İdman Kompleksində, açılış və final görüşləri isə Bakı Kristal Zalında keçiriləcək.


