"Futbolçular üzərində çalışıb, etimadları doğrultmalıdır".

Bu sözləri "Şamaxı"nın baş məşqçisi Azər Bağırov Offsideplus.az-a açıqlamasında deyib. 

O, komandasında çıxış edən Oruc Məmmədov və Edqar Adilxanovun milliyə çağırılmasına münasibət bildirib:

“İki gəncin milli komandaya çağırılması xoş oldu. Bununla bitməməlidir, bu, hələ başlanğıcdır. Futbolçular üzərində çalışıb, etimadları doğrultmalıdırlar. Ayxan Abbasov onlara güvənib. Orucun da, Edqarın da üzərində üzərində böyük məsuliyyət var. Ayxan müəllimin seçiminə hörmətlə yanaşmalıyıq”.

O, digər seçimlərə də fikir bildirib: 

“Milli komandanın başında Ayxan Abbasov durur. Hər cür kömək edib yığmamızın yanında durmalıyıq. İnşallah, hər şey yaxşı olar. Məşqçilər rəqiblərini analiz edib, necə oyunçularla oynayacaqlarını bilirlər. Milli komandamıza uğurlar arzu edirəm”.