Almaniyanın "Union" klubu "Bavariya Münhen"ə 0:7 hesabı ilə məğlub olduqdan sonra sosial şəbəkədə ironik paylaşım edib.

Offsideplus.az xəbər verir ki, klubun mətbuat xidməti "Barselona"nın gənc futbolçusu Lamin Yamalın "Qızıl top" barədə fikirlərinə toxunub. Yamal daha əvvəl bildirmişdi ki, bu mükafatı ən çox qol vuran yox, ən yaxşı oyunçu qazanmalıdır. O, həmçinin özünü və Kilian Mbappeni dünyanın ən yaxşı futbolçuları hesab etdiyini söyləmişdi.

"Barselona"nın 19 yaşlı futbolçusu niyə susmadı? Bu gün Keyn və Olise əla oyun göstərdi və "Qızıl top"a layiq olduqlarını sübut etdilər. Xahiş edirik, bu paylaşım "Barselona"ya qarşı yönəlməsin. Səfər oyunundan sonra katalonların qəzəbinə hazır deyilik", – deyə klubun paylaşımında qeyd olunub.

Qeyd edək ki, "Bavariya Münhen"in hücumçusu Harri Keyn dubl, Maykl Olise isə het-trik və bir qol ötürməsi ilə yadda qalıb.

Klub paylaşımın tənqidinə belə cavab verib: "Zarafat hamı üçün deyil".