“Barselona” 16 yaşlı portuqaliyalı istedadı heyətinə qatıb.
Offsideplus.az xəbər verir ki, Kataloniya təmsilçisi Dani Freyre ilə razılığa gəlib. Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Hücumameylli yarımmüdafiəçi klubda baxışdan uğurla keçib və bu gün “Barselona” ilə müqavilə imzalayacaq.
Tərəflər arasında razılaşma əldə olunub və keçidin rəsmiləşdirilməsi üçün bütün hazırlıqlar tamamlanıb.


