“Bavariya”nın hücumçusu Harri Keyn Bundesliqa tarixinin rekorduna imza atıb.
Offsideplus.az xəbər verir ki, Karri "Union"la oyunda (7:0) dubl edərək, 98-ci oyunda 100 qol səddinə çatan ilk futbolçu olub.
33 yaşlı futbolçu Dieter Müllerə məxsus rekordu qırıb. O, 1977-ci ildə 100 qol göstəricisinə 129 matçda çatmışdı.
Harri Keyn 2023/24 mövsümündə "Tottenhem"dən "Bavariya"ya transfer olmuşdu.


