Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasının III turu Azərbaycan komandaları üçün uğurlu olub.
Offsideplus.az xəbər verir ki, kişilərdən ibarət milli komandamız İsveçrəni 3:1 hesabı ilə çməğlub edib. Şəhriyar Məmmədyarov və Məhəmməd Muradlı qələbə qazandığı halda, Aydın Süleymanlı və Eltac Səfərli heç-heçə ediblər.
Qadın millimiz isə İsveç yığmasını 2,5:1,5 hesabı ilə üstələyib. Gülnar Məmmədovanın qələbə qazandığı matçda Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Günay Məmmədzadə xalları yarı bölüblər.
Bununla da hər iki komandamız ardıcıl 3-cü qələbəsini qazanıb. İsveçrə sistemi üzrə 11 turdan ibarət olan yarış sentyabrın 27-də yekunlaşacaq.


