İspaniya millisinin çalışdırıcısı Luis de la Fuente UEFA Millətlər Liqasının yeni formatından narazıdır.

Offsideplus.az xəbər verir ki, son dünya çempionu əvvəlki formatın tərəfdarl olduğunu dilə gətirib:

“Mən bu formatı bəyənmirəm. Əvvəlki formata üstünlük verirdim. Qarşıda çox sıx qrafik, yüklənmə, 4 oyun var. Bəzi hallarda uzun məsafələr qət etməli və çox səfər etməli olacağıq. Daha çox istirahət vaxtının olduğu və futbolçuların sağlamlığına daha çox diqqət yetirilən əvvəlki formata üstünlük verirdim”.

"Öküzlər" Millətlər Liqasının A3 qrupunda İngiltərə, Çexiya və Xorvatiyaya qarşı mübarizə aparacaq.