UEFA Millətlər Liqasında 4-cü turun son oyunları keçirilib.
Offsideplus.az xəbər verir ki, İngiltərə millisi Çexiyanı qəbul edib.
İngilislər rəqiblərinə aman verməyib və 3 cavabsız qolla qalib gəlib.
22:45 / İngiltərə 3:0 Çexiya
Qollar: Vladimir Kufal (avtoqol - 27'), Harri Keyn (40', 57')
Komandaların heyətləri:
İngiltərə: Pikford; Aleksandr-Arnold, Kvansa, Qehi, Holl; Anderson, Lyuis-Skelli, Bellinqem; Rocers, Eze, Keyn.
Çexiya: Hornicek; Koufal, Vitik, Hranac, Slama; Kral, Sadilek, Şults; Ambros, Linqr, Naderi.


