İtaliya futbolunun əfsanəvi simalarından biri, "İnter"in sabiq hücumçusu Sandro Mazzola 83 yaşında dünyasını dəyişib.
Offsideplus.az xəbər verir ki, bu barədə "İnter" klubunun mətbuat xidməti məlumat yayıb. Klubun açıqlamasında qeyd olunub ki, Sandro Mazzola "İnter" tarixinin ən böyük futbolçularından biri olub və karyerası boyunca yalnız bu komandada çıxış edib. O, uşaqlıqdan "İnter"ə qoşulub və heç vaxt klubu tərk etməyib.
Mazzola 1961-ci ildə 18 yaşında "İnter"in əsas heyətində debüt edib və 1977-ci ildə karyerasını başa vurub. O, klubun heyətində 565 oyunda 158 qol vurub, 4 dəfə A Seriyasının qalibi, 2 dəfə isə Avropa Çempionlar Kubokunun sahibi olub.
İtaliya millisində 70 oyun keçirən və 22 qol vuran Mazzola 1968-ci ildə Avropa çempionu, 1970-ci ildə isə dünya çempionatının gümüş medalçısı adını qazanıb.


