Mayamidə keçirilən RAF 13 turnirində tanınmış döyüşçülər uğurlu çıxış ediblər.
Offsideplus.az xəbər verir ki, gecənin əsas qarşılaşmasında Kolbi Kovinqton Belal Məhəmmədi 10-0 hesabı ilə məğlub edərək RAF Crossover tituluna sahib çıxıb. Digər döyüşdə Xamzat Çimayev Gilbert Bernsi 15-4 hesabı ilə üstələyib. Turnirdə həmçinin Co Payfer Lyuk Rokholdu 14-3 hesabı ilə məğlub edib.


