"Arsenal" gənc yarımmüdafiəçi Maks Doumanın qış transfer pəncərəsində icarəyə göndərilməsini mümkün sayır.
Offsideplus.az xəbər verir ki, BBC-nin məlumatına görə, klub bu variantı yalnız 16 yaşlı futbolçunun inkişafına töhfə verəcəyi halda nəzərdən keçirəcək. Baş məşqçi Mikel Arteta bildirib ki, "Arsenal" hər altı aydan bir Doumanın vəziyyətini, onun oyun vaxtını, komandanın ehtiyaclarını və digər amilləri nəzərə alaraq qiymətləndirəcək.
"Biz müxtəlif variantlara açıq olmalıyıq, amma hazırda əsas məqsəd onun burada qalması və komandaya fayda verməsidir", – deyə Arteta vurğulayıb.
Doumanın icarəsi ilə "Arsenal"ın sabiq yarımmüdafiəçisi Cek Uilşerin çalışdırdığı "Luton" maraqlanır. Maks 17 yaşı tamam olduqdan sonra, yəni 31 dekabrdan sonra icarəyə gedə bilər.
Qeyd edək ki, ötən mövsüm Douman Premyer Liqa tarixində qol vuran ən gənc oyunçu olub, cari mövsümdə isə İngiltərə Liqa Kubokunda "İpsviç"ə qarşı oyunda dubl edib (4:2).


