Tanınmış futbolçu Sadio Mane doğma şəhəri olan Seneqalın Bambali bölgəsində böyük bir sosial və iqtisadi layihəyə imza atıb.

Offsideplus.az xəbər verir ki, o, bölgənin inkişafı üçün 15 milyon funt-sterlinq dəyərində sərmayə yatıraraq "SM10 Agro" adlı yeni layihəyə start verib.

​Təxminən 1000 nəfər üçün yeni iş yeri yaradacaq bu nəhəng layihəyə 500 hektar ərazini əhatə edən manqo plantasiyası, emal fabrikləri və kənd təsərrüfatı kolleci daxildir. Ümumilikdə 78 000 manqo ağacının əkiləcəyi layihədən ilk məhsulun üç il ərzində əldə olunması gözlənilir.

​Gənc futbolçu layihə ilə bağlı hədəflərini belə ifadə edib:

“Mən istəyirəm ki, bölgəmdəki gənclər və qadınlar təhsil üçün real imkanlara sahib olsunlar.”