"Anadolu Efes" VTB Superkubokunda "Zenit"i 100:76 hesabı ilə məğlub edib. İstanbul təmsilçisi ribaundlarda da böyük üstünlük göstərərək rəqibini 45-22 hesabı ilə üstələyib.
Offsideplus.az xəbər verir ki, "Anadolu Efes"də Fernandu 19 xal və 8 ribaundla komandasının ən məhsuldar oyunçusu olub. Mayk Ceyms 13 xal və 5 ribaund, Şariç 12 xal və 6 ribaund, Cons isə 11 xal və 8 ribaundla fərqlənib. "Zenit"də isə İroeqbu 17, Martyuk 15, Şerbenyov isə 11 xal toplayıb.


