"Barselona"nın gənc ulduzu Lamin Yamal verdiyi son müsahibədə diqqətçəkən və iddialı bəyanatlar səsləndirib.
Offsideplus.az xəbər verir ki, o, Kilian Mbappe ilə müqayisələrə toxunaraq heç bir güzəştə getməyib və tam şəkildə bu sözləri qeyd edib:
“Kuboklar baxımından Kilian Mbappeni hər sahədə üstələmişəm.”
Dünyanın ən yaxşı oyunçusu statusu haqqında danışan Yamal əsas meyarın tamaşaçı zövqü olduğunu vurğulayıb:
“Bəs, dünyanın ən yaxşı oyunçusu kimdir? Yaxşı, bu, izlədiyiniz və HƏQİQƏTƏN də zövq aldığınız oyunçudur.”
Həmçinin ötən mövsüm üzrə fərdi mükafat iddialarından danışan gənc futbolçu əlavə edib:
“Bəlkə də dünyanın ən yaxşısı hesab edilə biləcək iki nəfərik, amma mən inaniram ki, bu dəfə "Qızıl Top" mükafatına məhz mən layiqəm.”
Çempionlar Liqasразdakı hədəflərinə də toxunan Yamal hələ ki "Real Madrid"lə bu turnirdə üz-üzə gəlmədiyini xatırladaraq istəyini dilə gətirib:
“Çempionlar Liqasında "Real Madrid"lə qarşılaşmaq istəyirəm. Onlarla əvvəllər heç vaxt Çempionlar Liqasında oynamamışam.”
Komandasının taktiki və fiziki çətinliklərinə gəldikdə isə, o, rəqiblərin oyun üslubunu belə xarakterizə edib:
“Bizim zəif cəhətimiz daha çox "Bayern" və ya PSG kimi komandalara qarşı üzə çıxır. Çünki onlar daha FİZİKİDİR və sizi çox qaçmağa və BÜTÜN OYUN BOYUNCA diqqətli olmağa məcbur edirlər.”
“Arsenal" tam başqadır. Bu, daha çox TAKTİKİ oyun və topa sahib olmaqdır.”
Sonda qələbə qazandıqdan sonra yaranan çətinliklərə və arxayınlaşma qorxusuna da toxunan Yamal sözlərini belə yekunlaşdırıb:
“Düşünürəm ki, PSG əsas favoritlərdən biridir, amma onların problemi odur ki, qazandıqdan YENİDƏN qazanmaq çox çətindir.
Futbolda ən çətin şey budur. Bir kubok qazananda onu yenidən qazanmaq daha da çətinləşir. Nə vaxtsa bir şey qazananda mənim də qorxum odur ki, bundan sonra ARXAYINLAŞA bilərik.”


