"Barselona"nın gənc ulduzu Lamin Yamal karyerası və gələcək hədəfləri barədə danışarkən hələ də doymaq bilmədiyini və qələbələrə olan ehtirasını vurğulayıb.
Offsideplus.az xəbər verir ki, o, qazandığı böyük titullardan sonra belə daha çoxunu istədiyini açıq şəkildə ifadə edərək tam sitatlarını təqdim edib:
“İnsanlar düşünürlər ki, mən Dünya Çempionatını, Avropa Çempionatını və "La Liqa"nı qazanmışamsa, deməli, üç Dünya Çempionatı və beş Çempionlar Liqası qazanmaq istəmirəm.
Sizi əmin edə bilərəm ki, məndə ən çox olan şey məhz bu ambisiyadır. Dünya Çempionatını qazandığım gün mən artıq başqasını qazanmaq istəyirdim. Üç liqa titulunu qazandıqdan sonra isə altısını qazanmaq istəyirəm.”


