"Şəxtyor"un idman direktoru Darijo Srnanın açıqlamalarına görə, ukraynalı vinger Mixaylo Mudrik 2023-cü ilin yanvarında Mikel Arteta ilə danışdıqdan sonra "Çelsi" əvəzinə məhz "Arsenal"a qoşulmaq istəyirmiş.
Offsideplus.az xəbər verir ki, lakin klublararası danışıqlar başqa istiqamətdə inkişaf edib.
Srna bildirib ki, "Çelsi" "Şəxtyor"a "Arsenal"dan qat-qat yaxşı maliyyə təklifi irəli sürüb və onlar daha aşağı təklifi qəbul edə bilməzdilər.
Nəticədə Mudrik 88 milyon funt-sterlinqə qədər dəyərləndirilən müqavilə ilə "Çelsi"yə transfer olunub.


