Misli Premyer Liqasının 6-cı turunda “Şəfa” səfərdə “Qarabağ”a minimal hesabla (1:0) məğlub olub.
Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında “Şəfa”nın baş məşqçisi Zaur Həşimov media nümayəndələrinin suallarını cavablandırıb.
Mütəxəssis matçın gedişatından razı qaldığını və xal qazana biləcəklərini düşündüyünü qeyd edib:
“Oyun bizim üçün yaxşı oldu. Penaltiyə qədər epizod verməmişdik. 1 xal qazanacağımızı düşünürdük. Komandamdan razı qaldım.”
Sıx qrafikə və komandanın formalaşma prosesinə toxunan baş məşqçi qarşıdakı dönəm üçün iddialı mesajlar verib:
“Bu qrafiklə bütün komandalar oynayır. 2 ay yarımdır formalaşmış komandayıq. 3 həftə sonra daha güclü “Şəfa” görəcəyik.”


