NBA-nın "Denver Nagets" klubunun forvardı Maykl Porter universitetdə təhsil aldığı dövr barədə maraqlı açıqlama verib. O bildirib ki, Missuri Universitetində oxuduğu müddətdə dərslərə ciddi yanaşmayıb və əsas diqqətini basketbola yönəldib.
Offsideplus.az xəbər verir ki, Porter bu barədə belə danışıb: "Dərslərə getmirdim. Yalnız yoxlama üçün məşqçilər gələndə auditoriyada görünürdüm, onlar çıxan kimi dərhal gedirdim. Bu, mənim üçün vaxt itkisidir. Əgər NBA-ya gedəcəksənsə, dərsdə oturmağın nə mənası var? O vaxtı idman zalında keçirə bilərdim. Bəzi oyunçular təhsilə ciddi yanaşır, amma əgər liqaya gedəcəyini dəqiq bilirsənsə, oxumaq sənin üçün önəmli olmur. Mən cəmi altı ay oxudum və sonra NBA-ya keçdim. Amma üç-dörd il universitetdə qalanlar təhsilə daha ciddi yanaşırlar". Qeyd edək ki, Maykl Porter 2018-ci il NBA dreftində "Denver Nagets" tərəfindən 14-cü seçimlə seçilib.


