"Barselona"nın prezidenti Joan Laporta klubun bu mövsüm bütün turnirlərdə qələbə qazanmaq niyyətində olduğunu açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Laporta komandanın qarşıdakı üç-dörd il üçün formalaşdırıldığını və heyətdə La Masiya yetirmələri ilə digər istedadlı futbolçular arasında mükəmməl anlaşmanın yarandığını vurğulayıb. O bildirib ki, əldə olunan uğurlar qədər, onların necə əldə olunması da önəmlidir. Komandanın baş məşqçisi Hansi Flikin və idman direktoru Dekunun işini yüksək qiymətləndirən Laporta əlavə edib:

"Biz hamımız birlikdə hər şeyi qazanmağa çalışırıq: La Liqanı ardıcıl üçüncü dəfə, İspaniya Kubokunu – çünki kubokun kralı olaraq qalmaq istəyirik, Superkuboku və Çempionlar Liqasını. Əminəm ki, buna nail olacağıq. Biz dünyanın ən yaxşı çoxnövlü idman klubuyuq. Heç bir başqa klubun müxtəlif idman növlərində Çempionlar Liqasında bu qədər qələbəsi yoxdur."