"Kəpəz"in kapitanı Əli Səmədov klubun rəsmi saytına müsahibəsində komandanın mövsümün startındakı çıxışını və azarkeş amilini dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi çempionatın ilk turlarındakı nəticələri qənaətbəxş hesab edib:
"Hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşmışıq. Dörd oyunun ikisində qalib gəlmişik, digər ikisində isə uduzmuşuq. Fikrimcə, çempionatın startını komandamız üçün qənaətbəxş saymaq olar".
Gəncəli azarkeşlərin dəstəyini xüsusi vurğulayan kapitan komandanın ev oyunlarındakı üstünlüyündən söz açıb:
"Bizim mükəmməl azarkeşlərimiz var. Onlar doğma stadionda rəqiblərimizi qorxuya salırlar. Bu ab-havada oynamaq hər qonaq komanda üçün asan deyil. Fanatlar həmişə qələbə istəyirlər, tələbləri ciddi olur. Amma unutmaq lazım deyil ki, bizim də heyətimizə uyğun müəyyən potensialımız var. Hər bir halda, doğma publika önündə bütün ev oyunlarımızı qələbə ilə başa vurmağa çalışırıq. Fürsətdən istifadə edib bizə dəstək göstərən azarkeşlərimizin hamısına təşəkkürümü çatdırıram".
Müsahibənin tamamını buradan izləyə bilərsiniz:


