"Atletiko"nun hücumçusu Xulian Alvares zədəsini tam sağaldıb və "Real Madrid"lə qarşılaşmada iştirak edə bilər.
Offsideplus.az xəbər verir ki, argentinalı futbolçu Madrid derbisindən əvvəl komanda ilə birgə məşqlərə qoşulub. O, əzələ zədəsi səbəbindən ardıcıl iki oyunu – "Real Sosyedad" və "Osasuna" ilə matçları buraxmışdı.
"Atletiko"nun baş məşqçisi Dieqo Simeone Alvaresin derbidə heyətdə olacağını təsdiqləyib. "O, bizimlə olacaq. Sonra qərar verəcəyik, start heyətində meydana çıxacaq, yoxsa oyunun gedişində daxil olacaq", – deyə Simeone bildirib.
"Atletiko" – "Real Madrid" oyunu 20 sentyabrda keçiriləcək.


