2023-cü il NBA dreftinin ikinci seçimi olan Brendon Millerin "Şarlott Hornets"lə müqaviləsini vaxtından əvvəl uzadacağı gözlənilir.
Offsideplus.az xəbər verir ki, insayder Şəms Çaraniyanın məlumatına görə, Millerin müqaviləsinin uzadılması yaxın vaxtlarda reallaşa bilər. O, son mövsümdə hücumda səmərəliliyini və üçxallıq atışlarda dəqiqliyini artırıb. LaMelo Ballun zədələnməsindən sonra Miller "Şarlott Hornets"in gələcək planlarında əsas fiqura çevrilib. Qeyd edək ki, bu yay Viktor Vembanyama, Amen Tompson və Keyonte Corc da debütant müqavilələrini vaxtından əvvəl uzadıblar. Həmçinin, "Oklahoma Siti Thunder"dən Keyson Uollas, "Qolden Steyt Uorriors"dan Brendin Podzemski və "Miluoki Baks"dan Hayme Hakeslə bağlı da müqavilə danışıqları yekunlaşmaq üzrədir.


