Siril Qane UFC-nin ağır çəki üzrə mütləq çempionu elan edilməyəcək. Tom Aspinall tituldan imtina etsə də, Qane avtomatik olaraq bu statusu qazanmayacaq.

Offsideplus.az xəbər verir ki, UFC rəhbəri Dana Uayt bu barədə açıqlama verib. Onun sözlərinə görə, Qane mütləq çempion olmaq üçün döyüşməlidir. "Bu, onu mütləq çempion etmir. O, hələ də döyüşməlidir", – deyə Uayt bildirib. O əlavə edib ki, Siril Qane yaxın vaxtlarda qəfəsə çıxacaq və kimin çempion olacağı bu döyüşdən sonra bəlli olacaq. "Bu, ilk dəfə deyil. Hazırda Valentina Şevçenko ilə də oxşar vəziyyət yaşanır. Bəzən belə hallar olur, təəssüf ki, ən yaxşı nəticə deyil, amma vəziyyət belədir", – deyə Uayt vurğulayıb.

Qeyd edək ki, Qane bu ilin iyununda UFC Freedom 250-də Aleks Pereyranı məğlub edərək müvəqqəti kəməri qazanıb. Lakin o, hələ bu titulu müdafiə etməyib. Maraqlıdır ki, Con Cons karyerasını bitirdikdən sonra Tom Aspinall dərhal mütləq çempion elan olunmuşdu.