İspaniya millisinin sabiq hücumçusu Fernando Torres Qızıl Top mükafatı ilə bağlı fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Torres fərdi mükafatlara xüsusi maraq göstərmədiyini bildirib və hazırkı meyarları belə bilmədiyini vurğulayıb. "Əgər səmimi desəm, bu mövzu məni o qədər də maraqlandırmır. İspaniya dünya çempionu oldu, elə deyilmi? Biz ən yaxşı idik. Fərdi mükafatlar artıq dünya çempionatında təqdim olunub. Hazırda hansı meyarların olduğunu belə bilmirəm, çünki onlar daim dəyişir. Amma bizdə Lamine, Fabian, Rodri, Pedri, Baena var. Daha kimlər? Onlar bu mükafata layiqdirlər", – deyə Torres qeyd edib.


