Xamzat Çimayev mümkün Şon Striklend–Nassurdin İmavov titul qarşılaşmasının qalibi ilə döyüşməyə hazır olduğunu bildirib. O, bu döyüşün çətin keçəcəyini desə də, İmavova üstünlük verdiyini vurğulayıb.

Offsideplus.az xəbər verir ki, Çimayev sonuncu dəfə oktaqona 2026-cı ilin mayında çıxıb və UFC 328 turnirində Striklendə hakimlərin bölünmüş qərarı ilə uduzub. "Mən Striklendə uduzmadım. Heç vaxt görməmişəm ki, geri çəkilən və yalnız cab vuran biri döyüşü qazansın", – deyə Xamzat Çimayev əlavə edib.