"Fənərbağça" Abu-Dabidə keçirilən ilk Avroliqa Superkubokunu üçüncü pillədə başa vurub. İstanbul təmsilçisi 3-cü yer uğrunda matçda "Dubay"a 85:77 hesabı ilə qalib gəlib.

Offsideplus.az xəbər verir ki, qarşılaşmanın son hissəsində Veyd Boldvinin vurduğu 11 xal komandasına qələbə qazandırıb. Talen Horton-Taker 23 xalla "Fənərbağça"nın əsas lideri olub, yeni transfer Trent Forrest isə 11 xalla töhfə verib. "Dubay"da isə Eli Okobo və Davis Bertans hərəyə 14 xalla fərqləniblər. Həlledici məqamda "Fənərbağça"nın reallaşdırdığı 10:0-lıq seriya oyunun taleyini həll edərək hesabda 74:70 öne keçməyə imkan verib.

"Fənərbağça"nın baş məşqçisi Şarunas Yasikyaviçyus oyundan sonra fikirlərini bölüşüb:

"Düşünürəm ki, dörd hissənin üçündə yaxşı çıxış etdik. İlk iki hissədə üstün idik, lakin üçüncü pəncərədə "Dubay"ın fiziki oyununa hazır deyildik. Bu Superkubokda həm güclü, həm də zəif tərəflərimizi gördük. Bəli, heyətimiz istedadlıdır, amma mövsümümüzün gedişatını müəyyən edəcək əsas amil təkcə istedad deyil. Fiziki mübarizə, sahədəki boş toplara sahib çıxmaq və digər xırda detallardır. Bütün mövsümümüz məhz bu detallardan asılı olacaq".