"Arsenal" bu mövsümdə ilk məğlubiyyətini alıb.
Offsideplus.az xəbər verir ki, Mikel Artetanın rəhbərlik etdiyi London klubu Premyer Liqanın 5-ci turunda "Brayton"a 0:3 hesabı ilə uduzub.
Bu qarşılaşmaya qədər "Arsenal" bütün turnirlərdə ardıcıl 7 qələbə qazanmışdı.
Qeyd edək ki, bu, "topçular"ın 2023-cü ilin mayından bəri Premyer Liqada ən ağır məğlubiyyətidir.
Həmin vaxt da "Arsenal" eyni hesabla məhz "Brayton"a uduzmuşdu.


