"Sabah" Misli Premyer Liqasının VI turunda "İmişli"ni 3:1 hesabı ilə məğlub edib.

Offsideplus.az xəbər verir ki, görüşdə sonra "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas mövsümün indiyə qədərki hissəsini təhlil edib:

"Bəzi şeylərə mən nəzarət etmirəm. Bunlardan biri də milli komandaya çağırılan futbolçulardır. Bu, onlar üçün şərəfdir. Ümid edirəm ki, zədəsiz qayıdarlar. Fasilədə Azərbaycanda qalacam, görmək istədiyim bölgələr var. Çempionata yaxşı başladıq. "Mançester Yunayted"lə oyunu saymasaq, performansımıza 10 üzərindən 10 verərdim".

– Hansı bölgəyə gedəcəksiniz?

(gülür) Oteli rezerv etmişəm, amma deməyəcəm.

– Etiraf edə bilərsiniz ki, fasilədə təkcə "Neftçi" yox, həm də "Slaviya" ilə oyuna hazırlaşacaqsınız?

– Əlbəttə. Həm "Neftçi", həm "Slaviya", həm də başqa oyunlarımız var. Hər matça hazırlaşacağıq. Çempionlar Liqasına xoş gəlmisiniz. Böyük komanda olmaq istəyiriksə, bu əngəlləri aşmağı bacarmalıyıq.