"İnter" A Seriyasında növbəti dəfə 0:2 hesablı geridönüş edib.
Offsideplus.az xəbər verir ki, Kristian Kivu rəhbərliyi altında komanda bu dəfə "Roma" ilə qarşılaşmada birinci hissədən sonra 0:2 geridə olsa da, oyunu 2:2 hesabı ilə başa vurub.
"İnter"in hər iki qoluna Lautaro Martines imza atıb. "Canavarlar"ın heyətində isə Manu Kone eyni sayda fərqlənib.
Bundan əvvəl "İnter" həm "Napoli"yə qarşı 3:2, həm də "Udineze"yə qarşı 5:3 hesablı qələbələr qazanıb. Hər iki görüşdə də "neradzurri" iki top fərqi ilə geri düşmüşdü.
Qeyd edək ki, İtaliya A Seriyasında 5 turdan sonra həm "Roma", həm də "İnter" 13 xala malikdir və 1-2-ci yerləri bölüşürlər.


