"Los Anceles Leykers" klubunun Mark Uolterə məxsus payı Coş Kuşner və onun investisiya şirkəti tərəfindən 12,5 milyard dollar dəyərində alınıb. Bir il əvvəl isə klubun dəyəri 10 milyard dollar olaraq qiymətləndirilirdi.
Offsideplus.az xəbər verir ki, Kuşner və onun investisiya şirkəti müştərilərlə iş çərçivəsində klubun dəyərinin önümüzdəki 10 il ərzində 30 milyard dollara qədər yüksələcəyini proqnozlaşdırır. Biznesmenin hesablamalarına görə, bu artımın əsas səbəblərindən biri gələcəkdə televiziya yayım hüquqlarının ikiqat bahalaşması olacaq. Kuşnerin təqdimatında optimist ssenariyə əsasən, klubun dəyəri hətta 62 milyard dollara qədər yüksələ bilər. Onun strategiyasına görə, "Leykers"in illik gəliri 2037-ci ilin sonuna qədər 681 milyon dollardan 1,6 milyard dollara çatdırılacaq.


