Kairi İrving bu həftə "Dallas Maveriks"in oyunçuları üçün Los Ancelesdə mini-düşərgə təşkil edib. Tədbirə komandanın keçmiş üzvü, hazırda azad agent statusunda olan Dvayt Pauell də dəvət alıb.
Offsideplus.az xəbər verir ki, insayder Mark Steynin məlumatına görə, Dvayt Pauell hazırda heyəti tam olan və 15 standart NBA müqaviləsi ilə komplektləşmiş "Dallas"ın məşq toplanışında iştirak edir. Gözlənilir ki, Pauellə rəsmi şəkildə təlim-məşq toplanışına qatılmaq üçün dəvət göndəriləcək.


