"Real Madrid" yeni baş məşqçi Pedro Martinesin rəhbərliyi altında tarixdə ilk dəfə keçirilən EuroLeague Superkubokunu qazanıb. Madrid təmsilçisi finalda "Olimpiakos"u 93:89 hesabı ilə məğlub edərək kuboka sahib çıxıb.
Offsideplus.az xəbər verir ki, qarşılaşmada Edy Tavares 6 xal və 7 ribaundla yanaşı, meydançadakı dominantlığı ilə MVP seçilib. Bununla belə, "Real Madrid"in yeni transferləri Timote Luwawu-Cabarrot (12 xal), Xayme Pradilla (11 xal) və Mikael Yantunen (11 xal) komandanın qələbəsində əsas rol oynayıblar. "Olimpiakos" son saniyələrdə fərqi minimuma endirsə də, Evan Furnyenin üç xallıq atışı (ümumilikdə 14 xal) yetərli olmayıb. Yunanıstan klubunda Saşa Vezenkov 22 xalla fərqlənib. "Real Madrid"in heyətində Nik Smit Jr., Qabriele Procida, Maks Şulqa və Olivye Sarr meydana çıxmayıb. "Olimpiakos"da isə zədəli Nikola Milutinovun yoxluğu komandanın oyununa təsir edib.


