İspaniya La Liqasında 7-ci turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, "Barselona" bu turda "Sevilya"nın qonağı olub.
Katalon klubu Rafinyanın het-trik etdiyi matçda rəqibini 3:1 hesabı ilə məğlub edib.
Braziliyalı futbolçu ardıcıl ikinci oyunda het-trikə imza atıb.
"Barselona" 21 xalla şəksiz liderdir. 13 xala malik "Sevilya" 5-ci yerdədir.


