“Barselona” və “Real Madrid” “Mançester Yunayted”in 15 yaşlı futbolçusu Cey-Cey Qabrielin transferi üçün danışıqlara başlayıb.
Offsideplus.az xəbər verir ki, futbolçunun “Barselona” və “Real Madrid”dən hansına üstünlük verdiyi hələ məlum deyil. Bununla yanaşı, “qırmızı şeytanlar” istedadlı oyunçunu komandada saxlamaq üçün səylərini davam etdirirlər.
Qeyd edək ki, Qabriel komandadan ayrılmaqda israrlıdır.


